İbrahima Vadjinin Fransanın köklü klubu "Sent-Etyen"ə transferinin detalları müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, seneqallı forvard Azərbaycan futbol tarixinə ən bahalı transfer kimi düşüb.
Belə ki, "Qarabağ" futbolçusunun transferindən 1,6 milyon avro qazanıb. Bu isə təxminən 2 milyon 728 min manat deməkdir.
"Qarabağ" Vadjini ötən yay Norveçin "Höuqesunn" klubundan 500 min avroya almışdı. Başqa sözlə, Ağdam klubu futbolçunu üçqat baha qiymətə satıb.
Qeyd edək ki, ötən yay transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa