"Neftçi" klubunun ev oyunlarını keçirdiyi "Bakcell Arena" təmirə bağlanıb.
Fanat.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" arenanın ot örtüyündə yenilənmə işləri ilə əlaqədar müraciət edib.
“Səbail” komandasının razılığı ilə I dövrənin VII turunun oyunu “Səbail” – “Neftçi”, II dövrənin XV turunun oyunun “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.