"Qarabağ"ın Avropa Liqasının qrupundakı rəqiblərdən olan "Nant" yeni formasını təqdim edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İtaliya istehsalçısı "Macron"un hazırladığı geyim 2022-2023 mövsümü, əsasən Avropa Liqası üçün nəzərdə tutulub.
Komandanın üçüncü forması tünd qara və sarı rənglərdən ibarətdir. Futbolka V-yaxaya malikdir. Boyunun arxasında isə ulduz həkk olunub.
Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.
Mirağa