Misli Premyer Liqasının ilk 4 turundakı məğlubiyyətin ardından Yaşar Vahabzadəni istefaya göndərən “Kəpəz”in yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, Gəncə təmsilçisi növbəti dəfə Şahin Diniyevə tapşırılacaq.
Əldə etdiyimiz informasiyaya görə, Diniyev onunla əlaqə saxlayan rəhbərliyə şərtlərini deyib. Təcrübəli mütəxəssisin sentyabrın 2-də razılaşmaya imza atacağı bildirilir. O, "Qarabağ"la ayın 1-də Qəbələdə baş tutacaq görüşü tribunadan izləməyi planlaşdırır.
Qeyd edək ki, Şahin Diniyev 2004-2005 və 2015-2017-ci illərdə “Kəpəz”i çalışdırıb.
Mirağa