Misli Premyer Liqasında V turun növbəti matçları keçirilib.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Şamaxıda əhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında "Neftçi" "Sumqayıt"la üz-üzə gəlib. Bakı klubu rəqibini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Oyun başlamazdan əvvəl "Neftçi"nin start heyətində məcburi dəyişiklik edilib. İsrailli yarımmüdafiəçi Kenni Sayef isinmə hərəkətləri zamanı zədələndiyindən Vato Arveladze ilə əvəzlənib. Ancaq gürcüstanlı yarımmüdafiəçi özü də sıradan çıxıb. 24 yaşlı oyunçu 40-cı dəqiqədə Rəhman Hacıyev əvəzləyib.
Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. Turun "Sabah" - "Səbail" və "Zirə" - "Qəbələ" qarşılaşmaları sentyabrın 4-də baş tutacaq.
Misli Premyer Liqası
V tur
3 sentyabr
“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: Runi Eva, 84.
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 77. Samir Qurbanov, 83. Nihad Quliyev, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev
Baş məşqçi: Vüqar Əsgərli
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Ramil Diniyev
Şamaxı şəhər stadionu
“Neftçi” – “Sumqayıt” 3:0
Qollar: Ataa Caber, 19, Emin Mahmudov, 54-pen, Rəhman Hacıyev, 76.
“Neftçi”: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 7. Azər Əliyev, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç, 37. Alya Ture
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 7. Araz Abdullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 70. Ouro-Nil Ture
Baş məşqçi: Aleksey Baqa
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”