“Şamaxı” Misli Premyer Liqasının V turunda öz meydanında “Turan Tovuz” 0:1 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Şamaxı təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli məğlubiyyəti şərh edib:
“Hər iki komandanın heyəti yeni qurulub. “Turan Tovuz”un gənc və yaxşı legionerləri var. Baş məşqçiləri Ayxan Abbasov olduğuna görə “Turan Tovuz”un nə qədər ciddi rəqib olduğu bilinir. Oyuna gəldikdə isə komandamız 90 dəqiqə üstün idi. Bir qol oyunun taleyini həll edəcəkdi. Kim soyuqqanlı olsaydı, o, qolu vura bilərdi. Təəssük ki, bu gün komandamız son nöqtəni qoya bilmədi. Hesaba baxmayaraq, komandamın əla oyun nümayiş etdirdiyini düşünürəm. Bu komanda ilə fəxr edirəm. Strategiyamızı davam etdirəcəyik. Səhvlərin üzərində çalışıb, futbolçuları daha yaxşı vəziyyətə gətirəcəyik”.