Bu gün Misli Premyer Liqasında V tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki matç baş tutub.
"Qarabağ"la birgə şərikli lider olan “Sabah” “Səbail”i qonaq edib. Ardıcıl 4 qələbə qazanan meydan sahibləri uğurlu seriyasını davam etdirməklə yenidən zirvəni ələ keçirə bilərdi. Lakin ötən tur qələbə qazanan “dənizçilər”in müqavimətini qırmaq mümkün olmayıb. Masazırdakı qarşılaşmada "quru sülh" qeydə alınıb. Hərçənd qazanılan 1 xal meydan sahiblərinin liderliyini təmin edib.
Tura Mərdəkanda yekun vurulub. “Zirə” "Dalğa Arena"da “Qəbələ”ni sınağa çəkib. Hesabı "qırmızı-qaralar" açsa da, bu yay "qartallar"a qoşulan Rəhim Sadıxov oyunu dublla çevirib və komandasına önəmli qələbə qazandırıb.
Misli Premyer Liqası
V tur
4 sentyabr
“Sabah” – “Səbail” 0:0
"Sabah": 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 5. Petro Stasyuk, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Kamran Bayramov, Cavid Cəlilov
Hakim-inspektor: Orxan Məmmədov
“Bank Respublika Arena”
“Zirə” – “Qəbələ” 2:1
Qollar: Rəhim Sadıxov, 45; 74 - İsnik Alimi, 35-pen.
Zirə: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Bronyo, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
"Dalğa Arena"