“Sumqayıt” klubunun 2010-cu il təvəllüdlü futbolçuları Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə iştirak edib.
Fanat.Az xəbər verir ki, 2-4 sentyabr tarixlərində Batumidə baş tutan turnirdə Gürcüstanın “Dinamo”, “Poti”, “Merani”, “Vikinqsa", “Samtredia”, “Qori”, “Celero”, “Torpedo”, İtaliyanın “Yuventus”, Qazaxıstanın “Kayrat”, “Sdushor” və digər klublar da çıxış edib.
"Sumqayıt" turnirin "A" qrupunda "Dinamo", "Merani" "Poti" və "İnter" (Gürcüstan Akademiyası) ilə mübarizə aparıb. "Gənclik şəhəri" təmsilçisi bu mərhələdə "Merani" və "İnter" üzərində qələbə qazanıb (2:0; 3:1), "Poti" ilə heç-heçə edib (1:1) və "Dinamo"ya məğlub olub (0:2).
Ümumilikdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edən komanda qrup 2-cisi kimi turnirin 1/4 finalına vəsiqə qazanıb. Təmsilçimiz bu mərhələdə “B” qrupunun lideri olan Qazaxıstanın "Kayrat" kollektivinə 1:2 hesabı ilə məğlub olub. Turnirin qalibi isə finalda “Kayrat” üzərində qələbə qazanan (2:0) İtaliyanın “Yuventus” klubu olub.