AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Belçikanın Brüssel şəhərindəki “Anderlext” stadionunda keçiriləcək “Anderlext” (Belçika) – “Silkeborq” (Danimarka) oyununun hakim-inspektoru olacaq.
Oyun sentyabrın 8-də saat 20:45-də keçiriləcək.