Peşəkar Futbol Liqası loqotip dizaynı müsabiqəsi elan edib.
Fanat.Az qurumun rəsmi saytına istinadən, müsabiqənin şərtlərini təqdim edir:
"Müsabiqədə hər kəs iştirak edə bilər.
- Loqotip hazırlandığı zaman onun Peşəkar Futbol Liqasının səlahiyyətlərinə uyğun olaraq, xüsusən Azərbaycan futbolu ilə bağlı müxtəlif sahələrdə, məhsulların üzərində, tədbirlərdə istifadə olunacağı nəzərə alınmalıdır.
- Loqotipin təqdimat versiyası 1 mb-dən az olmamalıdır. Tələb olunan format PNG və ya JPEG olmalıdır.
- Loqotipin vektor versiyası (cdr, eps, ai)
- İştirakçıların dizayn təqdimetmə sayında məhdudiyyət yoxdur. Amma bu zaman xüsusi diqqət edilməli məqam nümunələrin təkrarlanmamasıdır. Loqotip müəllif hüquqlarını pozmamalıdır. İndiyədək haradasa istifadə olunmuş loqolar qəbul edilməyəcəkdir.
- PFL qalib gəlmiş loqotipə qismən dəyişlik etmək, uyğunlaşdırmaq hüququnu özündə saxlayır.
- Loqotip dizaynlarının PNG və ya JPEG formatlı fayllarının ölçüsü 1920(px)*… az olmamaqla təqdim edilməlidir.
- Loqotip dizaynının rəng seçimində məhdudiyyət yoxdur. Daxil edilən elementlərin açıqlaması isə məcburidir.
- Müəllif aşağıdakı məlumatları səhih şəkildə təqdim etməlidir:
1) Ad, soyad, ata adı
2) Email ünvanı
3) Birbaşa əlaqənin mümkün olacağı ev, iş və ya mobil telefon nömrəsi
- Loqotip CorelDraw və Adobe Illustrator proqramlarının vasitəsilə hazırlanmalıdır.
- Təqdim olunan təkliflərdən 3-ü PFL-in sosial şəbəkə hesablarında keçiriləcək səsvermənin yekununa əsasən, eləcə də PFL rəsmiləri tərəfindən dəyərləndiriləcək və müsabiqənin qabili elan olunacaq.
- Təkliflər 15 iş günü ərzində [email protected] ünvanına göndərilməlidir.
- Müsabiqənin qalibinə 2000 AZN mükafat təqdim ediləcək.
- Əlavə suallar yaranacağı təqdirdə əlaqə telefonu: 055-511-30-77 (həftəiçi saat 10:00-dan 17:00-dək)."