Novruz Əzimov Moldovanın "Dinamo-Avto" komandasının baş məşqçisi təyin edilib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Tiraspol təmsilçisi ilə müqavilə imzalayan 62 yaşlı mütəxəssis kollektivlə tanış olub.
Sözləşmənin detalları baradə daha sonra ətraflı açıqlama veriləcək.
Qeyd edək ki, azərbaycanlı futbol meneceri Rəsul Şükürsoy bu klubun idarəçilərindəndir.