"Qəbələ"nin “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında I mərhələnin ilk oyununa çıxıb. Çempionlar yolunda mübarizə aparan "qırmızı-qaralar" Xorvatiyada “Hayduk”la qarşılaşıb. Azərbaycan çempionu səfər matçında böyük hesabla uduzub - 0:3.
Komandanın baş məşqçisi Zaur Hacıyev Fanat.Az-a açıqlamasında oyunu şərh edib:
"Hələ qarşılaşmadan əvvəl demişdim ki, ciddi rəqiblə və onun meydanında oynayacağıq. Oyunun fərqli olacağını da qeyd etmişdim. Gözlədiyim kimi də oldu. Hesab gedişatı əks etdirmir. Üç top fərqi ilə uduzmağımıza baxmayaraq, əzilmədik. Komandam yaxşı mübarizə apardı. Qolları fərdi səhvlərdən buraxdıq. Amma taktiki olaraq, hər şey qaydasında idi. Uşaqlar əllərindən gələni etdilər ki, tapşırıqlardan kənara çıxmasınlar.
Cavab görüşünə gəlincə, onu deyə bilərəm ki, bu komanda ilə evdə daha rahat oynaya bilərik. Qol və ya qollar vuracağımızı düşünürəm. Çətin də olsa, mərhələni keçə biləcəyimizə inanırıq".
Qeyd edək ki, tərəflər arasında cavab oyunu oktyabrın 4-də Qəbələdə olacaq.
Mirağa