“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Fransanın “Nant” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi matçdan öncə Azərbaycan və Ermənistan arasındakı hərbi münaqişədə şəhid olan həmvətənlərimizlə bağlı 1 dəqiqəlik sükut elan edilməsi ilə üçün UEFA-ya müraciət ünvanlasa da, qurum kluba "yox" deyib.
Fanat.Az xəbər verir ki, buna baxmayaraq, azarkeşlər öz təşəbbüsü ilə arenada 1 dəqiqəlik sükut edəcəklər. Bu barədə "İmarət" azarkeş qrupu açıqlama yayıb:
"Matçın başlama fitindən etibarən bütün azarkeşlərdən bir dəqiqəlik sükuta riayət etmələrini xahiş edirik. Bundan sonra “Şəhidlər ölməz, vətən bölünməz” şüarını hər kəsin birlikdə səsləndirməsi üçün diqqət 5-ci sektorda olsun. “Qarabağ” – “Nant” matçında şəhidlərin xatirəsini yad etmək məqsədi ilə hər kəsdən start fitindən sonra 1 dəqiqəlik ayaq üstdə sükut etməyi xahiş və tələb edirik. Şəhidlər ölməz, vətən bölünməz!”
Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək “Qarabağ” – “Nant” matçına saat 20:45-də start veriləcək.