"Qarabağ"ın futbolçusu Riçard Almeyda Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlama verib.
Fanat.Az xəbər verir ki, millimizin də üzvü olan braziliyalı yarımmüdafiəçi cəbhədə var verən hadisələrin komandaya təsir göstərdiyini bildirib:
"Son günlər baş verən hadisələr komandamıza təsir göstərmişdi. Bunu ilk hissədə daha çox hiss etdik. Amma ikinci yarıda istəyimizi ortaya qoya bildik.
Bu gün məqsəd qələbə qazanmaq idi. Buna nail olduq. Qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordumuzdan xoş xəbərlər alırıq. İnanırıq ki, bu münaqişə tez bir zamanda yekunlaşacaq".