"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandada qlobal problemin olmadığını bildirib:
"Yaxşı oyun alındı. Məncə, azarkeşlər də bu görüşü bəyəndi. Tribunadakı atmosferi xüsusi qeyd etmək istəyirəm.
Hər baş məşqçi belə hallarla qarşılaşa bilər. Bəzən işləriniz yaxşı gedir, bəzən istədiyiniz kimi alınmır. Mən isə buna sakitliklə yanaşıram. Heç bir bəhanə gətirmirəm. Epizodları reallaşdırmaqda zəifik. Yarımmüdafiə, hücum xəttində problemlər var, bundan qaçmıram".