Fransa çempionatında 8-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.
Eyniadlı şəhərin təmsilçisi öz meydanında “Lans”la qolsuz bərabərliyə razılaşıb.
8 tura 7 xal toplayan “Nant” turnir cədvəlində 20 iştirakçı arasında 15-ci pillədədir.
“Qarabağ” bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. Tərəflərin ikinci dueli oktyabrın 27-də Fransada baş tutacaq.
Nihat