09:47 19.09.2022 558

Sevinmək növbəsi “Kəpəz”ə də çatdı - Tura baxış

Misli Premyer Liqasının VII turunun ən əhəmiyyətli hadisəsi “Kəpəz”in qələbə qazanması oldu. İlk 6 turda xal üzünə həsrət qalan gəncəlilər nəhayət ki, uğursuz gedişata son qoya bildilər. Maraqlıdı ki, məhz bu turda qərb bölgəsinin digər təmsilçisi məğlubiyyətlə barışdı. “Sumqayıt”ın isə qələbəsiz oyunlar seriyası davam edir. Qeyd edək ki, şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bu turun bütün oyunları bir dəqiqəlik sükutla başladı.

“Sabah” – “Turan Tovuz” 2:1
Qollar: David Volkov, 15. Coy Lens Mikles, 34. Elvin Camalov (penalti) 90+6 - Runi Eva, 81.
"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov
Məşqçi: Vitaliy Korneev
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

“Sabah” buna qədər ardıcıl iki oyunda xal itirmişdi. Doğma meydanda “Səbail”in müqavimətini qıra bilməyən Masazır təmsilçisi ötən tur drammatik keçən qarşılaşmada “Qarabağ”a uduzmuşdu. Bu mənada “Turan Tovuz”la oyunda qələbə Murad Musayevin komandasına hava-su kimi lazım idi. Rusiyalı çalışdırıcı özü bu qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyə bilmirdi. Bunun da səbəbi onun “Qarabağ”la oyunda texniki zonadan qovulması idi. Cümə günü keçirilən qarşılaşmaya meydan sahibləri xeyli ciddi hazırlaşmışdı. Elə bunun da nəticəsiydi ki, artıq 15-ci dəqiqədə hesab açıldı. David Volkov qonaqların qapı torunu silkələdi. Mikels bundan 19 dəqiqə sonra hesabı 2:0-a çatdırdı. 36-cı dəqiqədə Şakir Seyidov meydandan qovulmaqla komandasını azlıqda qoydu. 

Düşünmək olardı ki, say üstünlüyü əldə edən “Sabah” asanlıqla hesabı daha da artıracaq, qələbəni təmin edəcək. Amma gedişat bu proqnozları doğrultmadı. Xüsusiylə də görüşün son 10 dəqiqəsi masazırlılar üçün xeyli çətin keçdi. Abdulax Xaybulayevin 81-ci dəqiqədəki kobud səhvi Evanın hesab arasındakı fərqi azaltmasına səbəb oldu. Bundan sonra tovuzlular daha çox risk edərək böyük qüvvəylə irəli atıldılar. Psixoloji təzyiqdən əziyyət çəkən meydan sahiblərinin dadına 90+6-cı dəqiqədə Elvin Camalovun penaltidən vurduğu qol çatdı. Yalnız bundan sonra “Sabah” rahat nəfəs aldı.

Bu məğlubiyyət “Turan Tovuz” üçün mövsümdə ikinci oldu. 10 xalı olan debütant 6-cı pillədəki yerini “qorudu”. 16 xallı “Sabah” isə liderlər qrupundadı.

“Səbail” – “Neftçi” 0:2
Qollar: Emin Mahmudov, 52. Gilyermo Pato, 84. 
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk
Baş məşqçi: Mahmud Qurbanov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 7. Azər Əliyev, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Əlirza Müştəbazadə, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 37. Elton Əlibəyli, 97. Elşad Tağıyev, 78. Elcan Əbilov, 4. Solomon Kverkveliya, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

“Neftçi” bu tur Bayılda çox vacib qələbə qazandı. Xatırlayaq ki, buna qədər bir çox görüşlərdə “Səbail”in “Neftçi”ni büdrətməsinə şahidlik etmişdik. İlk yarısı qolsuz bitən qarşılaşmada “Neftçi” rəqibindən üstün görünür, daha çox qol vəziyyəti yaradırdı. Hələ birinci yarının gedişində qonaqlar hesabı aça bilərdi. Cərimə meydançasında Mamadu Mboj yerdə qalsa da, VAR-a baxan Əliyar Ağayev epizodu qayda pozuntusu kimi qiymətləndirmədi. “Ağ-qaralar” arzuladıqları qolu 52-ci dəqiqədə vura bildilər. Kapitan Emin Mahmudov hesabı açdı. Patonun 84-cü dəqiqədə gələn qolu isə qonaqların hesabdakı üstünlüyünü artırdı. Düzdü, buna qədər “Səbail” bir dəfə “Neftçi”nin qapı torunu silkələmişdi. Amma qoldan saniyələr öncəsi hakimin qayda pozuntusuna işarə edən fiti səslənmişdi.

Cəmi 5 xal toplamağı bacaran “Səbail” hələdə aşağı pillələrdən qurtula bilmir. Görünən odu ki, elə mövsümün sonuna qədər Bayıl təmsilçisi ikinci “beşlik”də var-gəl edəcək. 18 xallı “Neftçi” isə medallara iddiaçılardandı.

“Qəbələ” – “Sumqayıt” 1:0
Qol: Ramon Maçado, 8.
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 16. Nicat Əliyev, 6. Feras Abu Akal, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”: 13. Aydın Bayramov, 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 56. Ayxan Qocayev, 3. Vurğun Hüseynov, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Aleksey Baqa

“Qəbələ”nin üç oyunluq “qara zolağı” bitdi. “Qırmızı qaralar” doğma meydanda “Sumqayıt”ı üstələməklə “kötü gidişat”a son qoymağı bacardılar. Qəbələli azarkeşləri sevindirən qolu 8-ci dəqiqədə Maçado fərdi ustalığı sayəsində vurdu. Bu qarşılaşmada meydan sahiblərinin futbolçusu Rövlan Muradov da diqqət mərkəzinə düşdü. Amma onun adı protokola qol müəllifi kimi yox, qırmızı vərəqəylə cəzalanan futbolçu kimi yazıldı.

“Sumqayıt” haqqında deyiləcək çox söz yoxdu. Əcnəbi mütəxəssisin çalışdırdığı, bu mövsüm ilk dəfə rəsmi şəkildə heyətinə legioner qatan “gənclik şəhəri” təmsilçi Premyer Liqanın üç ən zəifindən biridi. Komanda keçirdiyi 7 görüşdə cəmi bir qol vurub ki, onu da oyun epizodunda yox, penaltidən reallaşdırmaq mümkün olub. Görünən odu ki, “Sumqayıt”ın dərdinin əlacı heç də Aleksey Baqada deyil.

“Kəpəz” – “Şamaxı” 2:1 
Qollar: Ahmed Ayzaya, 47. Abdullahi Şuaybu, 60 - Nihad Quliyev, 5
“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 8. Tural Axundov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 17. Ümid Səmədov, 29. Rinat Quseynov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 8. Kamal Mirzəyev, 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 83. Nihad Quliyev
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 76. Aleksandr Prikrostov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 22. Elçin Mustafayev, 77. Samir Qurbanov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 18. Cəlal Hüseynov, 30. Mirəli Əhmədov, 23. Rövşən Şahmuradov
Baş məşqçi: Vüqar Əsgərli

Qəbələdə keçirilən görüşün startı kuryoz alındı. Hakimin start fitindən öncə məlum oldu ki, AFFA-nın qarşılaşma üçün ayırdığı VAR avtomobilində texniki nasazlıq yaranıb. Buna görə də oyunda VAR sistemi tətbiq olunmayacaq. Xoşbəxtlikdən oyunun gedişində hansısa mübahisəli vəziyyət yaşanmadı və hakimlər biriqadası ədaləti texnologiyanın köməyi olmadan qoruya bildilər.

Tərlan Əhmədovun gəlişiylə toparlanmağı bacaran “Kəpəz” nominal meydan sahibi kimi çıxdığı qarşılaşmada azarkeşlərini sevindirə bildi. Bununla da Gəncə təmsilçisi qələbə həsrətinə son qoydu. Maraqlıdı ki, oyunda hesabı “Şamaxı” açmışdı. Nihad Quliyevin 5-ci dəqiqədə vurduğu qolla qonaq komanda fasiləyə üstün yollandı. Bütünlüklə yerli futbolçulardan qurulan “Şamaxı” ilə görüşdə “Kəpəz”in üzünü əcnəbilər güldürdü. Ahmed Ayzaya ikinci hissənin startındaca bərabərlik qolunu vurdu. Abdullahi Şuaybu isə 60-cı dəqiqədə fərqlənməklə “Şamaxı”nın xal ümidlərini dəfn etdi. Əcnəbi futbolçu vurduğu qolu azaylı “Kəpəz” azarkeşləri ilə qeyd etməklə onların qəlbini fəth etməyə də çalışdı.

Bu qələbə sayəsində “Kəpəz” sonuncu pilləni “Şamaxı”ya “təhvil verdi”. Tərlan Əhmədovun komandası hazırda “Sumqayıt”ı da üstələyir.

“Zirə” – “Qarabağ” 1:7 
Qollar: Coşqun Diniyev, 34 - Toral Bayramov, 44. Musa Qurbanlı, 56;60;78;86. Kadi, 64. Ramil Şeydayev, 68.
"Zirə": 41. Anar Nəzirov (k), 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 32. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.
"Qarabağ": 23. Luka Quqeşaşvili, 7. Riçard Almeyda, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.

“Zirə”nin doğma meydana dönüşü uğursuz alındı. Baxmayaraq ki, görüşdə hesabı açan “Zirə” idi. Coşqun Diniyev 34-cü dəqiqədə meydan sahiblərini hesabda önə çıxardı. Amma cəmi 10 dəqiqə sonra Toral Bayramov hesabı bərabərləşdirdi və komandalar fasiləyə bərabərliklə yollandılar. Fasilədən sonra baş verənlər isə “Zirə” üçün əməlli-başlı faciəvi idi. 4 dəqiqəyə “dubl” edən Musa Qurbanlı 78 və 86-cı dəqiqələrdə “poker”ini rəsmiləşdirdi. Kadi və Şeydayevin vurduğu qollar isə hesabı darmadağın həddinə çatdırdı. 7:1 hesabı “Qarabağ”ın Azərbaycan çempionatındakı rəqiblərini hansı səviyyədə üstələdiyinin göstəricisidi. “Zirə”nin bu məğlubiyyəti unutması və toparlanması isə xeyli çətin olacaq. Yaxşı ki, milli komandaların oyunu ilə əlaqədar çempionatda fasilə yaranacaq. 

6 oyuna 18 xal toplayan “Qarabağ” 100 faizlik nəticəylə bu fasiləyə lider kimi yollanır. 10 xallı “Zirə” 6-cı pillədədi.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X