Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın “Ersgebirge” komandasının baş məşqçisi Timo Rost qovulub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Aue təmsilçisi 3-cü Liqada zəif çıxışla diqqət çəkdiyi üçün rəhbərlik 44 yaşlı çalışdırıcını istefaya göndərib.
Rostun rəhbərliyi altında 9 tura cəmi 3 xal toplayan "Ersgebirge" turnir cədvəlinin sonuncusudur.