"Turan Tovuz"un kamerunlu hücumçusu Runi Evanın Fanat.Az-a müsahibəsi
- Daha çox Yunanıstan və Əlcəzair klublarında forma geyinmisən. Türkiyədə isə "Keçiörəngücü" klubunda oynamaq şansın olub, amma alınmayıb...
- Bəli, bu belədir. "Keçiörəngücü" klubunda oynamamağımın səbəbi inzibati problemlərin meydana çıxması oldu. Məhz bu səbəbdən orda karyeramı davam etdirə bilmədim.
- Azərbaycan klubundan gələn təklifi necə qarşıladın?
- Bu, bir anın içində baş verdi. Texniki personalın gördüyü işin ciddiliyinə əmin oldum və bu layihənin bir hissəsinə çevrilmək istədim. Beləcə, "Turan Tovuz"a keçməyə qərar verdim.
- 6 turdan sonra "Turan Tovuz"un heyətində aktivinə 4 qol yazdırmısan. Turnir ərzində qarşına qoyduğun hədəf nədir?
- İlk növbətə hədəfim mümkün qədər çox qol vurmaqdır. Bundan əlavə, həm də klubun uğurları üçün çalışmalıyam. Bu işdə onlara, eyni zamanda özümə köməklik göstərməliyəm.
- Klub daxilindəki ab-hava necədir? Komanda yoldaşlarınla tez-tez ünsiyyətdə olursan?
- Burada əla ab-hava var. Olduqca qonaqpərvər və isti münasibət göstərən insalardır. Tez-tez ünsiyyətdə oluruq. Mən buradakı qonaqpərvərlikdən məmnunam.
- Misli Premyer Liqası klublarını necə dəyərləndirirsən? Fikrincə, ən çətin rəqib hansıdır?
- Hələ oynamadığımız komandalar qalıb. Odur ki, kimin daha güclü rəqib olduğunu müəyyən etməmişəm. Amma düşünürəm ki, futbolda hər rəqib təhlükəlidir.
Emin Şəmsiyev