Rusiya Birinci Liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası - “Arsenal” da növbəti matçına çıxıb.
Tula təmsilçisi öz meydanında “Ulyanovsk”u 2:0 hesabı ilə məğlub edib.
Kamran sonadək ehtiyatda qalıb.
11 tura 19 xal toplayan “Arsenal” turnir cədvəlinin 3-cü pilləsindədir.