"Sumqayıt"ın yeni baş məşqçisinin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Gənclik şəhəri" təmsilçisi Samir Abasova tapşırılıb.
44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. O, bu postda belaruslu Aleksey Baqanı əvəzləyib.
Komanda bu gün yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk məşqini keçirəcək. Saat 16:30-da “Kaptial Bank Arena”da start götürəcək məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq. Bu müddət ərzində Samir Abasov KİV nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, Samir Abasov 2015 - 2018-ci illərdə "Sumqayıt"a rəhbərlik edib.