“Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə milli komandaların düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Eddi İsrafilov və Yeqor Boqomolski də iştirak ediblər.
Solomon Kvirkveliya isə hazırlığa sabahdan etibarən qatılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu oktyabrın 1-i saat 18:00-da “Azersun Arena”da keçiriləcək.