16:01 28.09.2022 949

"O komandaları nənəm də udardı" - Futbol ictimaiyyətinin De Byazi ilə bağlı rəyi

Azərbaycan millisi Millətlər Liqasında çıxışını başa vurdu.

Yığma Belarusu 2:0, Slovakiyanı 2:1, Qazaxıstanı isə 3:0 hesabıyla məğlub etməyi bacardı.

Son üç oyunda qazanılan qələbə fikirləri haçalandırdı. 2020-ci ildən millinin baş məşqçisi olan Canni De Byazinin AFFA ilə müqaviləsi sentyabrın sonunda başa çatır. Son nəticələr italyan mütəxəssisin millidəki gələcəyinə necə təsir edəcək? De Byazi ilә yola davam, edilməlidir, yoxsa yeni məşqçi dəvət olunmalıdır? Milli yeni məşqçiyə tapşırılacaqsa, bu yerli, yoxsa yenə əcnəbi mütəxəssis olmalıdır?

Fanat.Az bu suallarla futbol ictimaiyyətinin nümayəndələrinə müraciət edib: 
 
Aqil Abbas (millət vəkili)

"De Byazi çıxıb getməlidir. Milli komanda yerli mütəxəssisə tapşırılmalıdır. Belələrinin sayı kifayət qədərdir. Bizdə Pro kateqoriyalı, işini yaxşı bacaran, De Byazidən də yaxşı işləyə bilən yerli məşqçilər var. Mən on namizəd saya bilərəm. Üç qələbə qazanıb deyə, öyünür. O komandaları nənəm də udardı. Slovakiyanı udub - o komandanın digər rəqiblərlə görüşlərdəki nəticələri də pis olub, yaxşı günlərini yaşamır. Belarus komanda deyil, ona qalib gəlmək qəhrəmanlıqdır? Qazaxıstandan isə geri qalmışıq, onlar qrup qalibi olublar. Birmənalı olaraq, baş məşqçi getməlidir. Amma getməyəcək. Çünki ortada mənim, sizin bilmədiyiniz ayrı söhbətlər var".    

Səbuhi Səfiyarlı (tanınmış futbol meneceri)

"Milli komandanın baş məşqçisinin qalıb-qalmayacağı ilə bağlı danışırıqsa, ilk növbədə onun UEFA Millətlər Liqasında və seçmə mərhələlərdə qarşısına qoyulan məqsədəri bilməliyik. Əvvəlki seçmə mərhələlərdə yaxşı çıxış etməmişik. Tapşırıq mümkün qədər yaxşı çıxış etməkdirsə, millinin heyətindəki futbolçuların bacarıqlarını nəzərə alsaq, düşünürəm ki, bu alınmayıb. Oyunçulardan komanda şəklində daha yaxşı istifadə etmək olardı. Millətlər Liqasında isə biz özümüz kimi komandalarla oynayırıq. Belarus, Qazaxıstan... Bu qrupun qalibi Qazaxıstan olubsa, deməli biz də ola bilərdik. Xal itirməyimiz sırf baş məşqçinin qurduğu taktika ilə bağlıdır. Komandanın çalışdırıcısının günahından biz çox xallar itirmişik. Hesab edirəm ki, qarşıya qoyulan məqsədə çatmamışıq. Baş məşqçi qarşına qoyulan tapşırığın öhdəsindən gəlməyibsə, deməli o, istefaya göndərilməlidir. 

Burada elə bir öhdəçilik yoxdur ki, mütləq yerli və ya əcnəbi mütəxəssis olmalıdır. Əvvəlcə milli komanda üçün bir yol seçilməlidir. Müəyyən olunmalıdır ki, bu komandadan nə gözləyirik, neçə il ərzində gözləyirik, planımız nədir? Hazırda millimiz pilotsuz hərəkət edən nəqliyyat vasitəsidir. Məqsəd bilinmir. Bəlli bir proqram olmalıdır. Həmin proqramı həyata keçirə biləcək məşqçi axtarıb tapmalıyıq. Fərq etməz bu, yerli olacaq, yoxsa əcnəbi. Aydın məsələdir ki, ilk olaraq yerli məqşçiyə müraciət olunacaq. Bu planı yerinə yetirə biləcək yerli mütəxəssis tapılacaqsa, onda qoy yerli məşqçi olsun. Yerinə yetirə bilməyəcəksə, onda əcnəbi məşqçiyə müraciət olunsun. Və yaxud plan iki hissədən ibarət ola bilər. İlk hissə yerinə yetirilə bilər və digər hissəsində daha böyük planlar meydana çıxa bilər. Bu zaman isə əcnəbi tapacağıq. De Byazi ilə bu, alınmadı. Deyirlər ki, əcnəbi gələcəksə, onun adaptasiya olmasına vaxt lazımdır. Bunlar boş söhbətlərdir. Qazaxıstan millisinin baş məqşçisi Millətlər Liqasına bir ay qalmış komandanı götürdü. Nə tanınmağa vaxt lazım oldu, nə də başqa nəyəsə. Bir ay qalmış komandanı yığdı, düzgün yanaşdı və düzgün iş qurdu. Komanda gəlib qrup qalibi oldu. Elə məşqçi gətirərsən ki, heç komandanı tanımağa ehtiyac olmaz. Ona görə də birinci biz bilməliyik nə istəyirik, sonra məşqçi axtarmalıyıq".

Aydın Bağırov (Qol.az saytının baş redaktoru, Əməkdar jurnalist)

"Əcnəbi baş məşqçi modeli Azərbaycan millisinə uyğun deyil. Təcrübə göstərir ki, bunun komandaya heç bir faydası olmayıb. Ona görə də AFFA bu siyasətini dəyişməli, milli komanda təcrübəli, müasir futbolla ayaqlaşan, prosesləri yaxından izləyən, iti təhlil qabiliyyəti olan yerli mütəxəsisə həvalə olunmalıdır. Bundan sonra uşaq, yeniyetmə futbolu ilə bağlı uzunmüddətli inkişaf proqramı hazırlanmalı və bu sahədə peşəkar səviyyədə işlər görülməlidir. Yəni baş məşqçi dəyişikliyi ilə bərabər futbolda sistem dəyişikliyinə də başlanılmalıdır. Əks halda təkcə bir təyinatatla belə ciddi nəsə dəyişməyəcək".

Şamil Mustafayev ("Milli Dəstə" fanat qrupunun üzvü) 


"De Byazi mütləq şəkildə getməlidir. Son 3 matçda qazanılan qələbə bizi aldatmasın! Pis günlərini yaşayan Slovakiyanı, qrupdan çıxmağı təmin edən Qazaxıstanı və hər zaman bizdən daha aşağı səviyyədə olan Belarus millisini ard-arda məğlub etmək üçün əcnəbi baş məşqçiyə ehtiyac yoxdur. Bu qələbələrin hamısı futbolçuların əzmi sayəsində qazanılan qələbələrdir. Azərbaycanın Dünya Çempionatı 2022-nin seçmə mərhələsindəki fiaskoya görə bəs kim məsuliyyət daşıyır? Əlbəttə De Byazi. Buna görə də baş məşqçi göndərilməlidir və yerinə yerli mütəxəssis gətirilməlidir. Yaxşı olar ki, Rəşad Sadıqov gətirilsin. Məncə Rəşad millimizin üzvlərini ən yaxşı tanıyan, milli üçün ən çox həvəsi olan və millinin oyunçularını ən yaxşı motivasiya edə biləcək yerli mütəxəssislərdən biridir. Bir də AFFA mütləq şəkildə oyunçulara hər oyuna görə verilən mükafatı ya dayandırılmalı, ya da məbləği azaltmalıdır. Yaxşı olar ki, premiyalar hər matça görə deyil, qrupda tutulacaq yerə görə təyin olunsun".

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X