Misli Premyer Liqasının VIII turu çərçivəsində "Qarabağ" öz meydanında "Neftçi"ni qəbul edəcək.
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vaqif Cavadov Fanat.Az-a açıqlamasında çempionatın ən maraqla gözlənilən oyununda komandaların şanslarını dəyərləndirib:
"Hər iki komandanın şansını bərabər görürəm. "Qarabağ"ın öz meydanında oynaması ona heç bir üstünlük verməyəcək. Komandalar bir-birini yaxşı tanıyır. Maraqlı oyun olacaq. Amma kimin qalib gələcəyini bilmək olmaz. Bu barədə danışmaq tezdir. Hər iki komanda kifayət qədər iddialıdır. "Neftçi" də artıq mübarizəyə qoşulub. Bu da sevindirici haldır".
Qeyd edək ki, oktyabrın 1-i tarixində keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:00-da start götürəcək.
Emin Şəmsiyev