09:00 30.09.2022 684

"Samir Abasov "Sumqayıt"ı bataqlıqdan çıxaracaq" - Aslan Kərimov

Baş məşqçi Aleksey Baqa ilə yollarını ayıran "Sumqayıt" bu posta keçmiş çalışdırıcısı Samir Abasovu gətirib.

İllər öncə Azərbaycan millisinidə və "Qarabağ"da Samir Abasovla komanda yoldaşı olmuş veteran yarımmüdafiəçi Aslan Kərimov Fanat.Az-a açıqlamasında bu təyinatı şərh edib:

"Sözsüz ki, Samir Abasovun əvvəllər çalışdırdığı "Sumqayıt"la indikinin arasında böyük fərq var. Komanda bu ildən heyətinə xarici futbolçular cəlb edib. Samirin "Neftçi" təcrübəsi ona legionerlərlə rahat işləməyə imkan verəcək. Onun dönəmində "Neftçi"nin heyətində legionerlər çoxluq təşkil edirdi. Çempionatın qızıl medalını da elə həmin əcnəbi futbolçularla əldə etdi. Onu da qeyd etmək lazımdır ki, o zaman "Qarabağ"dan bir baş üstün deyildilər ki, buna individual futbolçular sayəsində nail olsunlar. Əzmkarlığın, seçdikləri beşli müdafiə strategiyasının hesabına ikinci dalğa ilə "Qarabağ"a hücum etmək istəyirdilər. Bunun da sayəsində məqsədlərinə çatdılar. Mən yalnız misal olaraq bir oyun ətrafında danışdım. Ümumilikdə götürsək, "Neftçi"də legionerlərlə işləmək Abasova böyük təcrübə qazandırdı. 

Düşünürəm ki, Samir "Sumqayıt"a çox şey verə bilər. Fikrimcə, Samir Abasov və Ayxan Abbasovun "Sumqayıt"ının Aleksey Baqanın əlinə keçməsi bir uçurum idi. Bunu deməkdə mənim məqsədim Baqanın yaxşı və ya pis məşqçi olduğunu bildirmək deyil. Əsla! Onun da kifayət qədər futbol bilgisi var və bəlli futbol fəlsəfəsinə malikdir. Amma yəqin ki, Azərbaycanlı futbolçuların psixologiyasını, yerli mədəniyyəti və mentaliteti mənimsəyə bilmədi. Bəlkə də bu səbəbdən onda alınmırdı. Samir isə bilavasitə "Sumqayıt"ın yetirməsidir və ona futbolçularla işləmək daha uyğun olacaq. Nə olursa olsun, Samir Abasovun temperamenti, onun əzmkarlığı düşünürəm ki, "Sumqayıt"ı ancaq yaxşılığa doğru aparacaq. Nəyəsə nail olacaqlar. Bəli, çempionat başlayandan bəri çox xallar itirdilər. Bunu geri qaytarmaq isə həddən artıq çətin olur. Amma mümkündür. Ötən ilki "Sabah" klubunu misal gətirərdim.

Bəlli məsələdir ki, "Sumqayıt" artıq çempionluğa oynayası deyil. Çox güman ki, qarşılarına belə bir məqsəd qoymayıblar. Ən yaxşı halda ilk dördlüyə yaxınlaşa bilərlər. İtirilən xalları nəzərə alsaq, Avropa turnirlərinə vəsiqə verən yerləri tutmaya bilərlər. İrəlidə uzun bir marafon var. Mənə elə gəlir ki, Samir Abasovun başçılığı altında komanda bunun öhtəsindən gələ bilər. Çünki xərclədiyi pulların müqabilində komandaya dəvət etdikləri futbolçulara nəzər yetirsək, heç də pis təsir bağışlamırlar. Samirin gözündə həmin legionerlər hansı səviyyədədir, onu ancaq zaman göstərəcək. 

Məşqçi olaraq istədiyini oyunçulara yeritmək baxımından Samir daha yaxındır. İstənilən halda həm yerli, həm də əcnəbi futbolçularla düzgün ünsiyyətə girməlisən. Abasov da isə bu alınır. Düzdür işlər yağ kimi getməyəcək, çətinliklər olacaq. Samirin qarşısında duran başlıca problem başqa məşqçinin gətirdiyi legionerlərlə davam etməkdir. Bilmirəm, həmin futbolçularla davam edəcəklər və ya qış transfer pəncərəsində yeni oyunçular cəlb edəcəklər. Baş məşqçi və rəhbərlik arasında bu istiqamətdə hansı danışıqların getdiyindən də çox şey asılıdır. Digər çalışdırıcınn gətirdiyi legionerlərlə işləmək asan olmur. Ən vacibi isə yerli oyunçuları razı salmaqdır. Meydançanın içində legionerləri idarə edən elə yerli futbolçulardır. 

Mən inanıram ki, Samir Abasov "Sumqayıt"ı bataqlıqdan çıxaracaq. Onda bunun üçün potensial da var. Hazırki futbolçularla Samir belə bir işin öhtəsindən gələ bilər. Məşqçi kimi onun savadına və bacarığına şübhə etmirəm. Onun çılğınlığı da buna köməklik göstərə bilər. Samirin bu xarakteri hətta komandanı belə stressli məqamlarda vəziyyətdən çıxarmağa köməklik göstərə bilir". 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2026
21:06

Leandro Andrade fərqləndi, "Sabah" darmadağına uğradı

20:50

"Sabah"ın üzvü karyerasını İspaniya klubunda davam etdirəcək

20:12

"Fənərbağça" ulduz forvard üçün 35 milyonu gözdən çıxardı

19:41

"Real Madrid" ulduz futbolçunu "Mançester Siti"yə satır

19:14

İstanbul nəhəngindən 25 milyonluq rəsmi təklif

18:47

DÇ-2026: Portuqaliya millisi Xorvatiya ilə üz-üzə

18:15

"Mançester Siti" milli üzvünü heyətinə qatdığını açıqladı

17:45

Kabo Verdenin prezidenti: "Argentinaya qalib gəlmək şansımız 100 faizdir"

17:24

"İmişli"də daha bir ayrılıq - RƏSMİ

17:08

Məşhur ispan karyerasını bitirdi

16:50

"Zirə" yeni transferi ilə yolları ayırır - Braziliyalının Azərbaycan karyerası başlamamış bitə bilər

16:31

MOİK-in büdcəsi artırıldı

16:13

"Madrid? Orada Fernandesin dostları çoxdur" - Argentinalı ulduzun agenti təsdiqlədi

16:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:57

"Qəbələ" Səlahətlə müqavilə yenilədi - RƏSMİ

15:54

Portuqaliya millisinin üzvü London klubu ilə müqavilə bağladı

15:36

Emin Zamanov: "Əslində, Premyer Liqa klubuna keçmək istəyirdim"

15:18

"Kəpəz" Fərid Nəbiyevlə vidalaşdı

15:00

Elgiz Kərəmli Premyer Liqa klubunun təklifini geri çevirdi

14:42

Misli Premyer Liqasına vəsiqənin qiyməti bəllidir

14:37

Ruslan Hacıyev özünə klub tapdı

14:23

"Sabah"ın rəqibi Bakıya nə vaxt gəlir?

14:05

Rövşən Hüseynlini əvəzləyəcək qapıçının kimliyinə aydınlıq gəldi

13:46

"Sabah" ÇL ərəfəsində son oyununda qələbə qazana biləcək?

13:28

"Şəfa"dan ayrıldı, bu kluba keçdi

13:10

Çempionluğu hədəfləyən "Səbail"in büdcəsi bəlli oldu

12:50

Emin Zamanovun yeni mövsümə harada başlayacağı dəqiqləşdi

12:31

Premyer Liqanın debütantı daha bir legionerlə anlaşdı - RƏSMİ

12:13

"Pərişanıq, çünki..." - Konqo Demokratik Respublikası yığmasının baş məşqçisi

11:55

"Araz-Naxçıvan" daha bir legionerini yola saldı

11:36

Adil Şükürov rəsmən "Sumqayıt"da!

11:17

"Neftçi" Sloveniyada ilk matçına çıxır

10:58

"Ümid edək ki, bu, Ronaldunun son rəqsi deyil" - Portuqaliya millisinin baş məşqçisi

10:27

Azərbaycan millisi Lüksemburqla qarşılaşır

10:06

"Fransa ilə Argentina favorit, biz isə autsayderik" - Tomas Tuxel

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:23

DÇ-2026: İspaniya millisi Avstriyanı sınağa çəkir

09:00

Dünya çempionatında 1/8 finalın 5 cütü müəyyənləşib

08:38

FİFA son nöqtəni qoyan futbolçunu ən yaxşı seçdi

07:40

DÇ-2026: ABŞ Belçikaya rəqib oldu

Facebookdan bizi izləməyi unutmayın.
X