UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin I mərhələsinin cavab oyunu çərçivəsində Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, matçı Türkiyədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Arda Kardeşler olacaq. Ona Mehmet Emin Tugral və Süleyman Özay yardım edəcək. Ehtiyat hakim funksiyasını isə azərbaycanlı Kamal Umudlu yerinə yetirəcək.
Oyun oktyabrın 4-də, saat 17:00-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qeyd edək ki, "Qəbələ" ilk oyunda "Hayduk"a 0:3 hesabı ilə uduzub.