"Qarabağ"ın sabiq futbolçusu Xayme Romero İspaniyanın "Kartaxena" komandasına keçidini şərh edib.
Fanat.Az xəbər verir ki, Sequnda təmsilçisi ilə cari mövsümün sonunadək anlaşan 32 yaşlı hücumameylli yarımmüdafiəçi belə danışıb: "Yay boyu çox çalışdım. Bacarıqlarıma arxayınam. Komandada rəqabət çox yüksəkdir. Bu heyətlə istənilən məqsəd üçün mübarizə aparmaq olar. Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm.
Mənim kimi ciddi zədəsi olan oyunçuya etibar etmək asan deyil. "Albasete" risk etmək istəmədi. Təbii ki, onları anlayışla qarşıladım. Hazırkı komandama isə mənə dəstək olduğu üçün minnətdaram".
Qeyd edək ki, Xayme Romero 2019 - 2022-ci illərdə "Qarabağ"da top qovub.