Azərbaycanlı futbolsevərlərə “Səbail” və “Sabah”dakı çıxışı ilə tanınan Kevin Kubemba karyerasını Ukraynada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, konqolu hücumçu “Çernomorets” klubuna keçib.
Bu barədə Odessa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Kubemba yeni klubuna azad agent kimi transfer olunub. 29 yaşlı hücumçunun müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, “Çernomorets”i “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır.
Kevin Kubemba 2018-2019-cu illərdə “Səbail”in, 2019 – 2021-ci illərdə isə “Sabah”ın şərəfini qoruyub.
Mirağa