22:24 30.09.2022 318

"Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq" - Mahmud Qurbanov

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları matçdan - Misli Premyer Liqasının VIII turunun açılış oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 49 yaşlı çalışdırıcı belə danışıb:

"Matça pis başlamadıq. Müəyyən epizodlarda rəqibdən üstün idik. Qələbə qazanmaq istəyirdik. Çünki buna ehtiyacımız var idi. İlk hissənin sonlarında qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Buna baxmayaraq, ikinci hissədə komandam qol vurmaq istəyirdi. Oyundan qopmadıq, azlıqda oynamağımız hiss olunmadı. Hesabda geri düşdükdən sonra konsentrasiyanı itirmədik. Tarazlığı bərpa etdikdən sonra imkanlarımız oldu, qələbə qolunu vura bilərdik. Amma bəzi epizodlarda yenə düzgün qərarlar verə bilmədik. Çatışmazlıqlar var.

Matçın sonlarında top buraxmaq üzücüdür. Bunu heç kim istəməzdi. Amma meydanda sonadək mübarizə apardıq. Rəqib daha təcrübəlidir və ələ düşən fürsətlərdən istifadə etdilər. Son dəqiqələrdə meydanın mərkəzində top itirməyə haqqımız yox idi. Həmin hücum da qapımızda qolla nəticələndi. Buna baxmayaraq, oyunçulardan razıyam. Heç-heçə ən yaxşı nəticə olardı. Təəssüf ki, uduzduq".

Baş məşqçi müdafiənin mərkəzində boşluqlar olduğunu etiraf edib: "Axtarışlarımız davam edir. Fakundo Kardozo və Ədilxan Qarəhmədovu əvəzedici komandaya göndərmişik. Futbolçular özlərindən öncə komandanın nəticələrini düşünməlidir. "Dubl"a gedənləri məcburiyyətdən göndərməmişik. Bizim üçün legioner və ya yerli oyunçunun fərqi yoxdur. Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq. Azlıqda qaldıqdan sonra Cabir Əmirlini meydana buraxdıq. Normal oynadı. Qırmızı vərəqə alan Kardozodan pis deyildi. Nihad Qurbanlının əsas komandada ilk rəsmi oyunu idi. Düşünürəm ki, inamlı və cəsarətli oynadı. Əlimizdəki futbolçulardan istifadə etməyə çalışacağıq.

Qurbanov müdafiəçilərin bilərəkdən səhv etmədiklərini söyləyib: "Kardozo Argentina çemionatında oynayıb, Fransa isə Portuqaliyanın I liqasında çıxış edib. Hər ikisi təcrübəlidir. Müdafiədə etibarlı oynamalıdırlar. Təəssüflər olsun ki, bunu görmürük. Görünür, hardasa çatışmazlıqları var. Növbəti oyunlarda daha qəti qərarlar verməyə çalışacağıq. Ola bilər ki, müdafiənin mərkəzində dəyişikliklər olsun".

Mütəxəssis "Səbail"də əsas və ikinci heyət anlayışının olmadığını vurğulayıb: "Kimlər hazırdırsa, onlar oynayır. Franko Mazurekin qızdırması var idi, məşqdə iştirak etmədi. Düşündük ki, ilk hissədə Samir Abbasovu oynadaq, Mazureki ikinci yarıda meydana buraxarıq. Amma qırmızı vərəqə planlarımızı pozdu".

Mirabdulla Abbasovun çıxışından söz açan Qurbanov hücumçunun oyun praktikasından əziyyət çəkdiyini bildirib: "Yerli futbolçudur, şans vermək istəyirik. Kimisə itirmək asandır, qazanmaq isə çətin. Özünü sübut etməsi üçün şərait yaradırıq. Faydalı iş əmsalına gəlincə, futbolçular son məqamda düzgün qərar qəbul edə bilmirlər. Burada an məsələsi var. Qapımıza vurulan ikinci qolda məhz Mirabdullanın doğru qərar verməməsi rol oynadı".

O, hücum xəttində də zəiflik olduğunu gizlətməyib: "Bütün oyunlarda qol epizodlarımız olur, amma istifadə edə bilmirik. Son ötürmələr, həlledici zərbələr düzgün olmur. Bununla belə hücumçuların pis olduğunu deyə bilmərəm. Müdafiə xəttinə gəlincə, bunun üzərində işləmək lazımdır".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:38

MPL: "Neftçi" "Səbail"i yenir -YENİLƏNİR

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X