20:41 01.10.2022 650

Qurban Qurbanov "Neftçi" üzərində qələbəni şərh etdi

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının VIII tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb. 

Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis qələbəni belə şərh edib:

"Maraqlı oyun oldu. Azarkeşlər matçdan zövq aldılar. Nəticə bizim üçün vacib idi. Buna normal baxıram. Komanda uzun müddət birlikdə deyildi. Hər iki komanda çoxlu qol epizodları yaratdı. İlk dəqiqələrdən açıq futbol gedirdi. Rəqibin hər oyunçusunun ustalıq səviyyəsi və stadiondakı atmosfer də yaxşı idi. Belə azarkeş önündə oynamaq xoş idi. Rəqibə uğurlar arzulayıram. Hesaba baxmayaraq çox səhvlərimiz oldu. Qarşıdakı oyunlarda daha diqqətli olacağıq.

"Neftçi"nin öz oyun üslubu var. Hər detalı açıqlasam, düzgün çıxmaz. Bəzi elementlərə hazırlaşmışdıq, pis də alınmırdı. Ümumilikdə yaxşı texniki futbol göstərməyi bacarırlar. Futbolçu seçimləri də maraqlıdır. Özlərini meydanda çox rahat hiss edirlər. Bu, hər komanda üçün çox vacibdir. “Neftçi” elə kollektivdir ki, istənilən rəqibə 5-6 qol vura bilər. Diqqətsiz yanaşsaq, hansısa epizodu nəzərdən qaçırsaq, cəzalanacağıq. İlk hissədə də belə oldu. Vaxt keçdikcə onları öz meydanlarında qarşılamağa başladıq. “Neftçi”yə qarşı oynamaq mənə xoşdur".

Qurbanov "Olimpiakos"la Avropa Liqasındakı matç barədə danışıb: "Azarkeşlərimiz həmişə bizə inanırlar və bütün görüşlərdə qələbə gözləyirlər. Onların bu istəyi bizi daha məsuliyyətli edir. Biz də çalışırıq ki, istənilən rəqib önündə yaxşı nəticə əldə edək. Mənim üçün bu qarşılaşmaya hazırlaşmaq çətin olacaq. Çünki "Olimpiakos"un yeni baş məşqçisinin hansı üslubda oyun seçəcəyini bilmirəm. Əməkdaşımız Yunanıstandadır, onların çempionat görüşünü izləyəcək. Qələbə qazanmaq şansımız varsa, bundan maksimum istifadə edəcəyik".

Mütəxəssis Marko Yankoviçin yüngül zədəsinin olduğunu deyib: "Monteneqro millisinin düşərgəsində zədə almışdı. Bu gün sanki yaxşı idi. İsinmə hərəkətlərindən sonra ağrı hiss etdi".

Baş məşqçi dekabradək sıx qrafiklə oynayacaqlarını bildirib: "Burada psixoloji yorğunluq, zədələr var. Vacib dönəmə başlayırıq. Əldə edəcəyimiz hər xal önəmlidir. İstənilən komanda ilboyu eyni formada ola bilməz. Düşünmədiyimiz rəqiblərlə matçlarda belə xal itirə bilərik. Komandanın performansını qorumağa çalışacağıq. “Sabah” və digərləri də bu çempionatda mübarizə aparacaq. Çox gərgin mübarizə gedəcək".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

Facebookdan bizi izləməyi unutmayın.
X