“Qarabağ”ın futbolçusu Kadi Borges Misli Premyer Liqasının VIII turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı yarmmüdafiəçi 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
"İstənilən oyuna bu istəklə çıxırıq. "Neftçi"yə qarşı oynadığımızı nəzərə alsaq, matçın bu cür olacağını gözləyirdik. Fasilədə baş məşqçi bizə təmkinli olmağımız halda, topun qapıdan keçəcəyini dedi. Elə də oldu. İkinci hissədə də fürsətlər yaxaladıq və bu dəfə onlardan istifadə edə bildik.
Vurduğu qolu övladına həsr edən braziliyalı hisslərini ifadə etməkdə çətinlik çəkdiyini söyləyib: "Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı matçlarda da ona çoxlu qol həsr edəcəyəm".
O, Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IIII tur qarşılaşmasına da toxunub: "Avropa turnirlərində səviyyə hər kəsə bəllidir. Yunanıstan təmsilçisi ilə oyun çətin olacaq. Əsas olan tezliklə həmin matça hazır olmağımızdır".