"Şamaxı"nın məşqçisi Cavid Hüsyenov evdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları matçdan - Azərbaycan Premyer Liqasının 8-ci turunun oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis belə danışıb:
"Sabah" çempionluğa oynayan, çox güclü futbolçulardan təşkil olunmuş komandadır. Buna baxmayaraq, əlimizdən gələni etməyə çalışdıq. Məğlub olmaq istəmirdik. Ancaq təcrübəsizliyə görə son dəqiqələrdə qol buraxdıq. Oyunçulara göstərdikləri əmzkarlığa görə təşəkkür edirəm".