“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” komandası ilə cavab oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, I mərhələnin cavab oyununda evdə Xorvatiyanın "Hayduk" klubuna 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə vidalaşıb.
Azərbaycan təmsilçisindən yeganə qolu 52-ci dəqiqədə Şahin Şahniyarov vurub.
Qeyd edək ki, Zaur Hacıyevin baş məşqçi olduğu kollektiv səfərdəki ilk qarşılaşmada da rəqibi ilə bacarmamışdı - 0:3.
UEFA Gənclər Liqası
Çempionlar yolu, cavab oyunu
4 oktyabr
Qəbələ - Hayduk 1:2
Baş hakim: Arda Kardeşler
Baş hakimin köməkçiləri: Mehmet Emin Tugral, Süleyman Özay
Dördüncü hakim: Kamal Umudlu.
Qəbələ şəhər stadionu.