12:43 04.10.2022 1332

Qorxuram ki...

Georgi Nikolov

Mənim “İnter Bakı”mı kim xatırlayırsa, “Nikolov erası”nda əsas komandada üç baş məşqçinin – Xodukin, Tsxadadze və Svanadzenin işlədiyini də bilir. 10 il ərzində 3 mütəxəssis! Hə, adətən futbol təsərrüfatında konservativ yanaşma daha effektli alınır.  

“İnter”in prezidenti olduğum dönəmdə Azərbaycan millisində bir-birini əvəzləyən mütəxəssisləri də yada salaq:  Diniyev, Hacievski, Foqts, Prosineçki, Qurbanov. Sonra Yurçeviç gəldi, indi də bu postu De Byazi tutur. 15 ildən bir qədər çox müddət üçün ifrat saydır, deyilmi?

Bəlli məsələdir ki, Azərbaycanın futbol başbilənləri yığmanın nəticə qazanmasını istəyirlər. Nəticə olmayanda isə belə desəm, baş məşqçilərin başları kəsilir. Ardından fərqli futbol fəlsəfəsinə sahib başqası tapılır, yeni heyət, yeni oyun modeli formalaşdırılır və o da qısa müddətdən sonra “edam edilir”...

Millinin baş məşqçilərini əlcək kimi dəyişmək doğru yanaşmadırmı?  Şəxsən mən bu “siyasət”in düzgün olduğuna əmin deyiləm. Yaxın keçmişdə Berti Foqtsun növbəti tsikl üçün qalıb-qalmayacağı müzakirə edildiyi dönəmdə onun müdafiəsinə qalxmışdım... Məncə, Qurban Qurbanov yığmadan ayrılmamalı, bu gün də millinin “sükanı arxası”nda olmalıydı...

AFFA-dakı futbol məmurları rasional düşünməyi bacarırlarsa, Canni De Byazi də tutduğu vəzifədən azad edilməməlidir. İtaliyalının qurduğu komanda ardıcıl 3 qələbə qazanıb ki, bu da özlüyündə yetərincə ürəkaçan mənzərədir. Qarşıda isə Avropa çempionatının seçmə mərhələsinin önəmli matçları var. Oyun keyfiyyətini bir qədər də yaxşılaşdırmaq və azarkeşləri uğurlu nəticələrlə sevindirmək lazımdır. Qorxuram ki, yeni mütəxəssis öz yeni oyunçu seçimi, fərqli tapşırıqları ilə bu işin öhdəsindən gələ bilməsin.

Elə bu səbəbdən də təkrar edirəm: “Forza Azzeri”! “Bella Italia” arzunuzun həyata keçməsinə yardımçı olacaq!

Eksklüziv olaraq Fanat.Az üçün

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 İyun 2025
01:00

Klublararası dünya çempionatı: Messi "İnter Mayami"yə qələbə qazandırdı

19 İyun 2025
23:54

Azərbaycan gimnastı dünya çempionatında finala yüksəldi

23:28

"Palmeyras" "Əl Əhli"ni məğlub etdi

23:05

"Yuventus" bunu 22 il sonra bacardı

22:09

Azərbaycan yığması dünya çempionatını 3 medalla başa vurdu

21:50

"Araz-Naxçıvan"ın rəqibi "Gent"in oyunçusunu transfer etdi

21:20

"Yuventus"un futbolçusu Trampla görüşündən danışdı - "Başqa seçimim yox idi"

20:49

Millimiz Moldova yığmasına qalib gəldi

20:16

Azərbaycan millisi "Airom Cup"-a inamlı qələbə ilə başladı

19:51

Ukrayna futbolunun əfsanəsi insult keçirdi

19:18

"Barselona" 7 futbolçusunu satmağa qərar verdi - ADLAR

18:55

"Sabah"ın rəqibi bombardirini satdı

18:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

Facebookdan bizi izləməyi unutmayın.
X