14:41 05.10.2022 1299

\"Rəqabətdə üstün tərəf \"Qarabağ\"dır\" - Aslan Kərimov

Sabah UEFA Avropa Liqasının G qrupunun III turu çərçivəsində təmsilçimiz "Qarabağ" səfərdə Yunanıstanın "Olimpiakos" klubunun qonağı olacaq.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın səfər oyunu barədə fikirlərini bölüşüb:

"Rəqib komandaya yeni çalışdırıcı rəhbərlik edir. Mən əvvəlki açıqlamalarımda da qeyd etmişdim ki, məşqçi dəyişikliyinin iki cür effekti olur. Bu, komanda üçün həm yaxşı nəticələnə bilər,  həm də pis. 

Bizim üçün üstün tərəfləri odur ki, çalışdırıcı yeni futbolçularla, xüsusilə yeni transfer olunmuş oyunçularla işləməlidir. Kimin necə oynaya biləcəyini müəyyənləşdirməlidir. Məncə, Miçel öz oyun üslubunu qısa zamanda tam olaraq futbolçulara aşılaya bilməyəcək. Bütün bunlar zaman tələb edir. Komandanı formalaşdırana qədər eksperimental heyət görə bilərik. 

Digər tərəfdən, bütün oyunçular əsas heyət üzvü olmaq və məşqçinin etibarını qazanmaq üçün əllərindən gələni etməyə çalışacaq. Rəqib komandanın hər bir üzvü maksimum nəticə ilə yadda qalmaq istəyəcək. 

"Olimpiakos"un bəzi futbolçularının müxtəlif səbəblərdən oynaya bilməməsi də "Qarabağ"a əlavə üstünlük qazandırır. Bunu pozitiv tərəfə yönləndirib oyunu qalib kimi başa vura bilərik.

 "Nant"la oyundan öncə müsahibə verəndə "Qarabağ"ın qalib gələcəyinə bir az tərəddüdlə yanaşırdımsa, "Olimpiakos"la qarşılaşmada Ağdam təmsilçisinin şanslarını daha yüksək qiymətləndirirəm. Səfər qarşılaşmalarında "Qarabağ"ın oyunları daha rahat keçir. Düzdür, doğma tribunalardakı azarkeş dəstəyi olmur, amma rəqib meydanında futbolçularımız öz bacarıqlarını maksimum ortaya qoya bilir. 

Futboldur, hər şey ola bilər. Son olaraq düşünürəm ki, sabahkı rəqabətdə üstün tərəf "Qarabağ"dır. Potensial baxımından bunu rahat deyə bilərəm. Maksim Medvedev və Kevin Medinanın olmamasına baxmayaraq, onları əvəz edən futbolçular da etimadı doğrultdular. Hücum xəttində olan futbolçularımız isə hər zaman rəqibin müdafiəsini yarmağa qadirdir". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

Facebookdan bizi izləməyi unutmayın.
X