UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ı qonaq edəcək "Olimpiakos"un ulduz futbolçusu Marselo sabahkı oyunda iştirak etməyə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazıb.
İddiaya görə, Pirey təmsilçisinin baş məşqşçisi Miçel 34 yaşlı müdafiəçini "köhlən atlar"la matçda meydana buraxmaq istəmir. Braziliyalı oyunçunun oktyabrın 15-dən sonra tam hazır olacağı gözlənilir. O, "Atromitos"la son çempionat oyununda da sona qədər ehtiyatda qalıb. İspaniyalı baş məşqçi oyunsonrası açıqlamasında Marselonanın hələ hazır olmadığını, onu riskə atmaq istəmədiyini bildirmişdi.
Deyildiyi kimi, Marselo oktyabrın 15-dən sonra hazır olacaqsa, o, "Qarabağ"a qarşı ayın 13-də Bakıdakı qarşılaşmanı da buraxacaq.
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa