"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı qolkiper "Olimpiakos"la sabahkı matçla bağlı fikirlərini bildirib:
"Güclü rəqiblə üz-üzə gələcəyik. Sabah yaxşı futbol oynamaq üçün əlimizdən gələni edəcəyik. "Olimpiakos" yaxşı oyunçulara, həmçinin çılğın azarkeşlərə sahibdir. Uşaq vaxtı futbol oynayanda belə atmosferdə və stadionda meydana çıxmaq arzularımdan biri olub. Bu, komandamız üçün üçün əlavə motivasiya olacaq və bizə zövq verəcək".
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.