10:36 06.10.2022 1417

Çumbinyo \"Olimpiakos\" - \"Qarabağ\" duelinə proqnoz verdi

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo Yunanıstan mətbuatına açıqlama verərək bu gün baş tutacaq "Olimpiakos" - "Qarabağ" matçı ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaq keçmiş komandalarının duelini dəyərləndirib.

2013-2015-ci illərdə "Qarabağ"ın şərəfini qoruyan, hazırda Yunanıstanın "Hellas" klubunda çıxış edən "sambaçı" təmsilçimizi daha şanslı sayıb: "Yunanıstanı ikinci vətənim hesab edirəm. Çünki 9 ildir burada oynayıram. Amma “Qarabağla bağlı da əla xatirələrim var. Mənə orada oynamaq imkanı verən klub rəhbərliyinə bir daha təşəkkür etmək istəyirəm. Bakını çox bəyənirdim. Orada çox gözəl vaxt keçirdim. “Qarabağ”ı “Olimpiakos”dan daha yaxşı tanıyıram, çünki üç il orada oynamışam. Bu, çox ağır qrupdur. Düşünürəm ki, “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət qədər şansı var. "Olimpiakos" da sona qədər mübarizə aparacaq”.

Çumbinyo ölkəmizdə çıxış etdiyi 3 il ərzində "Azərbaycandan xüsusi bir əhvalat yadınızdadırmı" sualına belə cavab verib: “Bu, Avstriyada baş verib. Avrokubokların pley-off mərhələsinə hazırlaşırdıq. Bütün komanda avtobusun içində idi və biz gecikən komanda yoldaşımızı gözləyirdik. Gecikməsinə baxmayaraq, o, üzündə təbəssümlə gəldi... Lakin bu, uzun sürmədi. Məşqçimiz ona baxıb bütün komandanın onu gözlədiyini, buna sevindiyini soruşdu. Sonra ona dedi ki, gedib kassadan bilet alsın və səyahətindən həzz almağa davam etsin. Çox yaxşı üsul idi (gülür)”.

Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 Aprel 2024
16:19

Ançelotti Xavinin fikrini dəyişməsinə belə reaksiya verdi

16:00

"Təəssüflər olsun ki, qol vurmadım, amma..." - Ağadadaş Salyanski

15:55

"Güclü olmalıyıq, çünki uduza bilmərik" - "Mançester Siti"nin hücumçusu

15:37

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

15:18

"Qəbələ"nin müdafiəçisi üçün yubiley

15:00

"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

14:42

"Sabah" Akademiyaya bölgədən futbolçu seçəcək

14:23

"Hansısa klub barədə neqativ qərar verilsə..." - Məmmədov Nyondakı iclasdan danışdı

14:04

"Qəbələ"nin hücumçusu əməliyyat olundu

13:44

FİFA referisi I Liqaya göndərildi

13:28

"Məşqçimiz rahatlaşmağımıza imkan vermir" - "Qarabağ"ın qoleadoru

13:07

"Boykot qərarı “Neftçi”nin xeyirinə olmayacaq" - Braziliyalı müdafiəçi

12:49

İngiltərə Premyer Liqasında antirekord qeydə alındı

12:25

Barış Şimşək yeni akademiya yaratdı - Azərbaycanda

11:56

"Budəfəki kimi oynasaq..." - Kapitan komanda yoldaşlarına səsləndi

11:39

"Qəfəs döyüşü deyil ki, rəhmimiz gəlsin" - Toral Bayramov

11:21

"Bu axşama görə azarkeşlərdən üzr istəyirəm"

11:03

Finalda təkrarlanan 6-cı cüt

10:44

"Liverpul" üçün sürpriz baş məşqçi - Kloppun xələfi bilindi

10:27

11-ci dəfə finala yüksələn "Qarabağ" "Neftçi"yə çatdı

10:09

Azərbaycan Kubokunda rekord qeydə alındı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:24

"Bayer"də ayrılıq - Çempionu tərk edir, Almaniyanı yox

09:00

"Barselona" Xavi ilə bağlı qərarını verdi - Təsdiqləndi

01:17

MY-dən əzmkar qələbə, "Liverpul" derbidə uduzdu

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X