"Zirə"nin müdafiəçisi Dmitrios Çantakias Yunanıstan mətbuatına açıqlama verib.
Fanat.Az xəbər verir ki, yunanıstanlı futbolçu bu axşam Avropa Liqasının qrup oyunu çərçivəsində baş tutacaq "Olimpiakos" - "Qarabağ" matçı ilə bağlı danışıb.
27 yaşlı futbolçu həmyerlilərinə "Qarabağ"la bağlı bunları deyib: "Qarabağ” topu ayağında saxlamaqla hücum təşkil etməyi xoşlayan komandadır. Müdafiədə oynamır, rəqiblərinin üzərinə gəlməsini gözləmirlər. “Olimpiakos”u topsuz qoysalar, "qırmızı-ağlar" problem yaşayacaq. Yaxşı olardı ki, "Olimpiakos" dördlü müdafiə qursun və yarımmüdafiənin mərkəzini gücləndirsin".
Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa