"Qarabağ"ın futbolçusu Marko Veşoviç Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, darmadağına qolla pay sahibi olan 27 yaşlı monteneqrolu "CBC Sport"a danışıb:
"Əlimizə düşən şanslardan layiqincə istifadə etdk. İlk hissədə şanslardan yararlana bilmədik. Ancaq ikinci yarıda rəqibin verdiyi boşluqlardan faydalanmağı bacardıq və qollar vurduq. Hər gün məşqlərdə bütün gücümüzlə çalışırıq ki, matçlarda əlimizdən gələni edək və bacardığımız qədər çoxlu qol vuraq.
Artıq qarşıdakı matçlara baxırıq. Həmin görüşlərdən də ən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq".