Bu gün futbol üzrə Misli Premyer Liqasının IX turu çərçivəsində "Şamaxı" "Zirə"nin qonağı olub. Şamaxılıarın minumal hesablı məğlubiyyəti ilə (0:1) nəticələnən oyundan sonra Şamaxı təmsilçisinin çalışdırıcısı mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə "Qarabağ" klubunu "Olimpiakos" üzərində 3:0 hesablı qələbəsi münasibəti ilə təbrik edib:
"Dünənki qələbəyə görə "Qarabağ"ı təbrik edirik. Oyuna gəlincə isə ağır keçəcəyini bilirdik. Çünki "Zirə"nin heyətində yerli və xarici keyfiyyətli oyunçular var. Oyunları analiz etmişdik, taktiki gedişlər etdik, alındı. Amma təəssüflər olsun ki, yenə standart vəziyyətdən qol buraxdıq. İstəməzdik belə olsun.
Futbolçular 70-80 faizini meydanda göstərirdi. Amma sonuncu dəqiqələrdə çoxlu xal itirmişik. Belə fikirlər formalaşıb ki, Premyer Liqanı tərk edəcəyik, təzyiqlər var. Amma mən belə fikirləşmirəm. Komandalar arasında 2-3 xal fərqi var. Oyunlarımızı analiz edib, yaxşı hazırlaşacağıq. Yerli futbolçular axtarışındayq. Legionerlər istəyirik. Komandanı gücləndirib, Premyer Liqada qalacağıq".