"Zirə"nin futbolçusu Coşqun Diniyev Premyer Liqada 200-cü oyununu keçirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 9-cu turuna təsadüf edib.
“Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, Premyer Liqadakı 200 matçda 9 qol vurub.
Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində 3 qola imza atıb.