"Qarabağ" klubunun futbolçusu Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.
Bu barədə agent Aleksandar Ristiç "RB Sport"a açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya Premyer Liqasında çıxış edən bir neçə komanda 31 yaşlı monteneqrolu yarımmüdafiəçi ilə bağlı məlumat istəyib: "Həqiqətən də Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir".
"Qarabağ"ın mətbuat xidməti bu barədə Fanat.Az-a açıqlama verib. Klubdan mətbuat katibi Gündüz Abbaszadə xəbərin əsassız olduğu bildirilib: "Olimpiakos"la oyuna hazırlaşırıq. Bütün diqqətimizi sabahkı matça, ümumiyyətlə isə qrupdakı çıxışımıza yönəltmişik. Hansısa futbolçumuzla bağlı təklif və ya keçid müzakirə mövzusu deyil. Veşoviç və ya hansısa digər futbolçumuza rəsmi təklif gəlməyib. Hazırki məqamda bu tip xəbərlərin yayılmasına qarşıyıq. Hər kəsi hər yazılan xəbərə inanmamağa çağırır və bu barədə həssas olmağı.xahiş edirik".
Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.
Mirağa