"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində Bakıda "Olimpiakos"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, qolsuz heç-heçə (0:0) başa çatandan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlama verərək matçı belə dəyərləndirib:
"Oyun pis alınmalı idi. Yaxşı komandaya qarşı oynadıq. Gərginlik var idi, çünki uduzmamalıydıq. Rəqibi yaxın buraxmaq olmazdı.
Hiss olunurdu ki, "Olimpiakos" oyuna yaxşı hazırlaşıb. Aktiv, mobil idilər.
Kadinin zədələnməsi planımıza təsirsiz ötüşmədi. Birinci hissədən sonra da ayağında ağrı var idi. Belədə əvəzləməli olduq.
Qrupdakı vəziyyətə gəlincə, sona yaxınlaşdıqca gərginlik artır. "Nant"ın hələ də şansı qalır. Bizimlə öz meydanlarında oynayacaqlar. Onlarla oyunda soyuqqanlı olmalıyıq. Vaxt var və hazırlaşacağıq".