“Qarabağ” Avropa Liqasının IV turunda “Olimpiakos”la 0:0 hesablı heç-heçə etməklə Azərbaycana reytinq xalları qazandırıb.
Fanat.Az xəbər verir ki, UEFA reytinqində ölkəmizin qazancına 0,250 xal əlavə olunub.
Bununla da cari mövsüm qazanılan xallarımız 3,250-yə çatıb. Son 5 mövsümün nəticələrinə əsasən hesablanan əmsalımız isə 15,875-ə qədər yüksəlib.
Bu artım irəliləyiş üçün yetərli olmayıb. Ölkəmiz Avropada 29-cu pillədə qalıb.