11:04 14.10.2022 647

"Qarabağ" sıx müdafiəni yarmaqda çətinlik çəkir" - Aslan Kərimov

Ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" öz meydanında Yunanıstan "Olimpiakos"unu qəbul edib. 

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında 0:0 hesabı ilə başa çatan görüşü şərh edib:

"Çox maraqlı oyunun şahidi olduq. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Düzdür, qol olmadı. Ancaq düşünürdüm ki, bol qollu oyunun şahidi olacağıq.

"Olimpiakos" gözlədiyimizdən daha ehtiyyatlı oynamağa üstünlük verdi. İlk hissəyə 5-li müdafiə ilə başladırlar. 5-3-2 zaman-zaman 5-4-1 də olurdu. Amma hər halda bütün meydançanın enini 5 futbolçu ilə bağlamağa çalışırdılar. Bunun da öhtəsindən gələ bildilər. Ən azı "Qarabağ" Yunanıstandakı kimi rahat oynaya bilmədi. Nəzəri olaraq düşünürdük ki, onların Bakıda son şanslarıdır, rəqib mütləq xal qazanmalıdır. Bu səbəbdən müəyyən qədər əmin idik ki, rəqib hücum futbolu oynayacaq. Görünən o oldu ki, onlar praqmatik oyuna üstünlük verib xoşbəxtliyi əks-hücumlarda axtardılar. Matçın gedişatı həm də onu göstərdi ki, komandalar bir-birindən ehtiyatlı olmağa başladı. 

Düşünürəm ki, cinahlarda birə-bir mübarizələrdə müəyyən qədər geri qalırdıq. Həm Kadi, həm də Zubir birə-bir mübarizələrdə keyfiyyət baxımından nisbətən aşağı çıxış etdi. Fikrimcə, meydanın mərkəzində Qara Qarayev və Marko Yankoviç dueti daha effektiv olur nəinki Almeyda ilə. Bu cütlüyün önündə Ozobiçin, cinahlarda isə Kadi və Zubirin olması daha uğurlu olardı. Kadi onsuz da cinahda olsa belə mərkəzə girir. Amma bu dəfə əsas heyətdə sol cinahda Ramil çıxış etdi. O, da Yunanıstandakı oyuna nisbətən daha zəif görsənirdi. 

"Qarabağ" sıx müdafiəni yarmaqda, qol vurmaqda çətinlik çəkir. Çünki istər-istəməz daha çox qüvvə ilə irəli atıla bilmirik. 

İkinci hissədə oyun bir az açıldı. Yunanıstan tərəfi meydana iki təcrübəli futbolçsu Valbuena və Marselonu buraxdı. Açığı, Marselonun qarnı məni təəccübləndirdi. Sözsüz ki, təcrübəsi öz yerində, amma onun çıxışı "Səbail"də Maykl Essyenin oyununu xatırlatdı. 

Ən azı oyunda məğlub olmadıq və qapımızı toxunulmaz saxlaya bildik. Bu, bizim qrupdan çıxmağımız üçün atılan böyük addımdır. Görüşdə məğlub olmamaq vacib idi. Onsuzda oyundan öncə demək olar hamımız müsahibələrimizdə qeyd etmişdik ki, Bakıdakı görüş səfər qarşılaşmasına nisbətən ağır keçəcək. Nə gözləyirdiksə, elə də oldu". 

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X