17:59 15.10.2022 438

"Revanş almaq istəyirdik" - Mahmud Qurbanov

Misli Premyer Liqasının X turunda keçirilən "Turan Tovuz" - "Səbail" matçı 2:2 hesabı ilə başa çatıb. 

Fanat.Az xəbər verir ki, matçdan sonra mətbuat konfransında çıxış edən paytaxt klubunun baş məşqçisi Mahmud Qurbanov görüşü dəyərləndirib. 

“Çox maraqlı oyun oldu. Bura 3 xal üçün gəlmişdik. Oyuna pis başlamadıq. Komandam oyun ərzində yaxşı təsir bağışladı. Düzdür, ilk yarının ortalarında bəzi futbolçularımız oyundan “qopdular”. Amma buna baxmayaraq, hesabda geri düşsək də, bərabərlik qollarını vurmağı bacardıq. İkinci hissədə qol epizodlarımız daha çox oldu. Rəqib isə fasilədən sonra demək olar ki, qol epizodu yarada bilmədi. “Turan Tovuz” çətin rəqibdir, yaxşı komandaya qarşı oynadıq. Uşaqlardan razı qaldım. Bacardıqlarını maksimum göstərməyə çalışdılar. Bütün futbolçulara inamımız böyükdür. Bəzi oyunçularımızın bu gün heyətdə yer almamasına gəlincə, Tovuza 20 oyunçu gətirməyə qərar vermişdik. Bu üzdən də qalan oyunçuların Bakıda qalmasını istədik. Cabir Əmirli sağ cinah müdafiəçisidir. Bu gün onu məcburiyyətdən stopper kimi oynatdıq. İkinci hissədə isə öz mövqeyinə qayıtdı. Fikrimcə, həm mərkəzdə, həm də cinahda yaxşı təsir bağışladı.

Biz ilk dövrədə “Turan Tovuz”a məğlub olmuşduq. Ona görə revanş almaq istəyirdik. Amma rəqibin yaxşı komanda olduğunu nəzərə alsaq, hər halda bu gün bir xal qazandıq. Nəticə ilə razılaşmaq lazımdır. Mümkün qədər üst pillələrdə olmaq istəyirik. Bunun üçün çalışırıq. İstəklərimiz böyük olsa da, reallıqları da nəzərə almalıyıq. Nəticəni zaman göstərəcək.

Qarşımıza avrokuboklara vəsiqə qazanmaq kimi bir vəzifə qoyulub. Tapşırıq yaxşı komanda formalaşdırmaqdı. Amma bu o demək deyil ki, aşağı pillələrdə yer almalıyıq. Çempionatda zəif rəqib yoxdur. “Sumqayıt” üzərində qələbə, bugünkü heç-heçə, xüsusilə ikinci hissədəki yaxşı oyun bizə gələcəyə ümidlə baxmağa əsas verir”.

Qurbanov ləğv olunan penalti epizoduna da toxunub: "Həmin epizodunda mən topun rəqib oyunçunun əlinə dəydiyini gördüm. Amma Ağabala Ramazanovun topa əllə müdaxiləsini görməmişəm. Hər halda hakimlər belə qərar verdilər. Dördüncü hakimdən soruşdum, dedi ki, top Ağabalanın əlinə dəyib. Epizodun təkrarına baxmamışam, imkan olan kimi, baxacağam".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:02

MPL: "Neftçi" "Səbail"i yenir -YENİLƏNİR

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

Facebookdan bizi izləməyi unutmayın.
X