18:21 15.10.2022 459

“Qarabağ”la oyundan sonra çətin dönəmə girəcəyik"

Misli Premyer Liqasının X turunda keçirilən "Turan Tovuz" - "Səbail" matçı 2:2 hesabı ilə başa çatıb. 

Fanat.Az xəbər verir ki, matçdan sonra mətbuat konfransında çıxış edən əyalət klubunun baş məşqçisi Ayxan Abbasov görüşü dəyərləndirib: 

“Çətin, maraqlı matç alındı. Birinci hissədə futbolçularım yaxşı oynadı, ikinci yarıda isə vuruşdular. Belə hallar olur. Komandamız yenidir, bəzi futbolçular cavandır. 90 dəqiqə eyni tempdə oynamaq üçün vaxt lazımdır. Biz işləməyə davam edəcəyik. Səhvlərdən nəticə çıxarmalıyıq. Hər xal bizim üçün önəmlidir. Çünki xal ehtiyatımızı artırmalıyıq. Altı xallıq oyuna çıxmışdıq. Qalib gəlsəydik, rəqibdən altı xal uzaqlaşacaqdıq. Onlar qalib gəlsəydi, xallarımız bərabər olacaqdı. Əsas odur ki, hər iki komanda meydanda mübarizə apardı. Azarkeşlər sona qədər bizə dəstək oldular. Buna ehtiyacımız var. Neçə oyun idi ki, konfrans zalında az adam olurdu. Artıq bölgəyə futbol qayıdıb. Həqiqətən jurnalistlərin də üzərinə böyük yük düşür. Çox deyirdik Premyer Liqa Bakı çempionatıdır. Hər kəsi burada görmək istəyirik. Buradakı ab-havanı canlı görüb, işıqlandırdıqlarına görə sevinirik.

Tovuzda futbolla yaşayırlar. Çalışırıq ki, mübarizə aparaq. Bəzi matçlarda zəif oynaya bilərik, gücümüz çatmaya bilər. Çünki rəqiblər də güclüdür. Hər bir komandaya gücümüzü göstərməyə çalışmışıq. Marafon uzundur. Yığdığımız xalla işimizin bitdiyini deyə bilmərik. Aşağı pillələrdəki komandalar da xal ehtiyatını artırır, mübarizə davam edir.

Hər epizoda VAR-da baxırlar. Matçdan əvvəl dünən keçirilən “Şamaxı” – “Qəbələ” görüşünün son dəqiqəsindəki penalti epizodunu danışırdıq, hakimlər deyirdi ki, orada penalti yoxdur. Amma hər kəs penalti olduğunu düşünür. Qaydalar var. VAR olandan sonra hakimlik haqda danışmaq istəmirəm. Çünki gedib baxırlar.

Bu gün ikinci hissəni zəig keçirməyimiz rəqibin dəyişikliklər etməsindən irəli gəlir. Meydana daha çox hücumameyilli oyunçular buraxdılar. Bəlkə də ilk 10 dəqiqədə ehtiyatlı olsaydıq, daha yaxşı olacaqdı. Təəsssüf ki, qol buraxdıq, ardınca futbolçumuz zədələndi, daha sonra penalti epizodu yaşandı. Yəni, hər şey rəqibin təzyiqi ilə əlaqədar idi. Yeni komandayıq, bu cür oyun bizim üçün dərs olacaq. İkinci yarıda tempi artırmaq lazımdır. Dünya futbolunda da belə olur. Məşq etdiklərimizi ilk yarıda meydanda nümayiş etdirdik.

“Qarabağ”la oyundan sonra çətin dönəmə girəcəyik. Çünki bizə yaxın rəqiblərlə qarşılaşacağıq. Çalışacağıq ki, xallar qazanaq. “Qarabağ” səfərinə yollanırıq. Tovuz komandası 9 ildən sonra Premyer Liqaya qayıdıb. Görürük ki, bizdən təcrübəli komandaların qələbəsiz seriyası daha çoxdu, xalı daha azdı. Çalışacağıq ki, bu durumda da futbolçuları qələbəyə inandıraq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Facebookdan bizi izləməyi unutmayın.
X