"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis görüşü belə dəyərləndirib:
"Futbolçuları təbrik edirəm. Əziyyət çəkdilər, yoruldular. İntizamlı müdafiə olunan komandaya qarşı oynadıq. Rəqib ilk hissədə yaxşı müdafiə olundu. Onların əks hücumlarının qarşısını ala bilirdik. İkinci yarıda bir epizoddda anlaşılmazlıq oldu və bundan maksimum istifadə etdilər. "Sumqayıt"ın baş məşqçisi Samir Abasova uğurlar arzulayıram".
Qurbanov sıx qrafiklə çıxış etdiklərini söyləyib: "Futbolçuların 3 günə özlərinə gələcəklərini deyə bilmərik. Onların yaxşı durumlarını geri qaytarmağa çalışırıq. Nəzərə alaq ki, çempionat matçları da gərgin keçir".
Təcrübəli baş məşqçi Kevin Medinanın daha əvvəl də sol cinahda oynadığını xatırladıb: "Bu gün Bəhlul Mustafazadə və Maksim Medvedevin onunla birlikdə meydanda olmasını istəyirdim. Növbəti görüşlərdə də bu cür addımlar ata bilərik".