10:33 17.10.2022 390

Böyük şəhərin aciz komandası

“Sumqayıt”ın ev oyunlarını keçirdiyi stadionda tribunalardan böyük bir pankart asılıb. Üzərinə “Böyük şəhərin tək komandası” yazılıb.

Bəli, Sumqayıt yetərincə böyük şəhərdi. Özü də tarixən Azərbaycan futbolunda özünəməxsus yeri olub, neçə-neçə istedad yetişdirib və bu istedad sahibləri bizim futbolumuza xidmət edib. Könül istərdi ki, bu şəhərin Azərbaycan Premyer Liqasında bir yox, 2-3 komandası olsun, sumqayıtlı yeniyetmələr bu komandalarda futbolun sirlərini öyrənsinlər, azarkeşlər şəhərdəki stadionların tribunalarına axın etsinlər. Amma acı reallıq başqadı.

Sumqayıtın futbolumuzun elitasında cəmi bir təmsilçisi var. Özü də bu təmsilçisi heç də güclülərdən sayılmır. Hazırda isə bu komandanın vəziyyəti daha acınacaqlıdı. Mövsümün ilk dövrəsi başa çatdı və “Sumqayıt” çempionatdakı doqquz rəqibinin hər biri ilə qarşılaşdı. “Gənclik şəhəri”ni təmsil edən komanda bu 9 görüşün heç birində qələbə qazana bilməyib. 4 görüşdə meydandan “sülh”lə ayrılan “Sumqayıt” qalan 5 görüşdə məğlubiyyətlə barışıb. Daha da böyük biabırçılıq “Sumqayıt”ın qol vurmağı yadırğamasıdı. Qapısında 11 qol görən “Sumqayıt” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Özü də həmin topu digər autsayder “Şamaxı”nın qapısına penaltidən vurmaq mümkün olub. Nazim Süleymanovun bir məşhur sözü var. Deyir ki, futbolun meyvəsi qoldu. Yəni, sən qol vura bilmirsənsə, futbolun meyvəsini dada bilmirsən. “Sumqayıt” da futbol ağacının meyvəsindən dadmadan başını girələyir, mövsümü yola verməklə məşğul olur.

Özü də bu mövsümdən “Sumqayıt” rəsmən legioner transfer edib, heyətini əcnəbilərlə “zənginləşdirib”. Ayxan Abbasovu bəyənməyən klub prezidenti Riad Rəfiyev onu yola salandan sonra belaruslu Aleksey Baqanı yuxarı başa keçirmişdi. Elə ikisi əl-ələ verib, “Sumqayıt”a 9 fərqli ölkədən legioner dəvət ediblər. İndi Baqa gedib, onun bərbad mirası Samir Abasova təhvil verilib. Amma “Neftçi”ni Azərbaycan çempionu edən çalışdırıcı özü də bu bərbad komandanın qarşısında acizdi. Onun rəhbərliyi altında “Sumqayıt” artıq iki oyuna çıxıb və “Kəpəz”lə heç-heçə edəndən sonra “Səbail”ə uduzub. Özü də bu iki qarşılaşmada da rəqib qapılarına yol tapmaq mümkün olmayıb.

İlnur Valiev, Filipe Çabi, Rifat Nurmuqamet, Almir Aqanspahiç, Damian Daniçiç – bu futbolçular “Səbail”lə oyunda ehtiyat oyunçular skamyasında Samir Abasovla yanaşı əyləşiblər. Təsəvvür edirsiz? Komandaya “bir vaqon” legioner gətiriblər, onlar da gününü ehtiyat oyunçular skamyasını isitməklə keçirirlər. Halbuki, legioner yerli futbolçudan ikibaş üstün olmalıdı deyirlər. 

“Sumqayıt”ın legionerləri nəinki yerlilərdən üstündülər, onlardan xeyli geri qalırlar. Belə olmasaydı, Samir Abasov onları yanında əyləşdirməz, ilk dəqiqələrdən döyüşə atardı.

Görünən odu ki, “Sumqayıt”ın vəziyyəti yaxın vaxtlarda düzələnə oxşamır. Qış fasiləsində komandanın sökmək, sonra da yenidən yığmaq lazım olacaq. Müqaviləsi davam edən legionerləri yola salmaq həm də əlavə xərc deməkdi. Bütün bunların səbəbkarı nə Aleksey Baqadı, nə də Samir Abasov. Heç legionerlərin də bu məsələdə günahı yoxdu. Tək səbəbkar kluba rəhbərlik edən menecer-prezident Riad Rəfiyevdi. Məsuliyyətdən heç cür yayınmaq olmaz, cənab. Böyük şəhərin tək komandasını aciz duruma salan sizsiz. Bacarmırsızsa, kənara çəkilin, cənab Rəfiyev!

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:55

"Qalatasaray" belçikalı qapıçını istəyir

23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

Facebookdan bizi izləməyi unutmayın.
X